Kadırov Çeçenistan prezidentliyindən ayrılacağını açıqlayıb

Kadırov Çeçenistan prezidentliyindən ayrılacağını açıqlayıb "Adımın xalqıma qarşı istifadə olunmaması üçün, hesab edirəm ki, dövlət rəhbərliyi başqa şəxs tapmalıdır"
Region
27 Fevral , 2016 15:34
Kadırov Çeçenistan prezidentliyindən ayrılacağını açıqlayıb

Bakı. 27 Fevral. REPORT.AZ/ Çeçenistan prezidenti Ramzan Kadırov regionun başçısı postundakı vaxtının başa çatdığını və dövlət rəhbərliyinin onun yerinə başqa şəxs tapmalı olduğunu söyləyib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə NTV telekanalının "Mərkəzi televiziya" proqramına müsahibəsində bildirib.

"Düzünü desəm, mən müəyyən işlər görürəm və bu günə qədər məndə alınırdı. Amma adımın xalqıma qarşı istifadə olunmaması üçün, hesab edirəm ki, dövlət rəhbərliyi yerimə başqa şəxs tapmalıdır. Demək istəyirəm ki, mənim vaxtım çatıb. Komandada xələfim ola biləcək çoxlu mütəxəssis var", - deyə Kadırov qeyd edib.

O vurğulayıb ki, hər bir insanın üst həddi var və hazırda Kadırov öz üst həddinə çatıb, ona görə də dəyişiklik lazımdır.

Son xəbərlər

Orphus sistemi