Kabardin-Balkarda qar uçqununda ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB

Kabardin-Balkarda qar uçqununda ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB Fəlakət nəticəsində daha bir nəfər xəsarət alıb
Region
3 Mart , 2017 15:55
Kabardin-Balkarda qar uçqununda ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 3 mart. REPORT.AZ/ Kabardin-Balkarda Çeqet dağında qar uçqunu altından 4 nəfərin meyiti çıxarılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Albert Xaciyev bildirib. 

Onun sözlərinə görə, fəlakət nəticəsində daha bir nəfər xəsarət alıb.

*** 14:25

Kabardin-Balkar Respublikasında Çeqet dağında qar uçqunu nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrusun yüksək dağlıq hissəsində axtarış-xilasetmə dəstəsinin əməkdaşı Albert Xadijiyev bildirib.

“Hazırda biz fəlakət bölgəsində başqa adamların qalıb-qalmamasını araşdırırıq”, - deyə o vurğulayıb.

Məlumata görə, uçqun martın 3-də günorta saatlarında baş verib. Hadisə yerində axtarış-xilasetmə dəstəsinin 11 əməkdaşı və iki texnika fəaliyyət göstərir.

Çeqet dağı turist bölgəsidir. Orada dağ-xizək idman mərkəzi yerləşir. 

Son xəbərlər

Orphus sistemi