Jurnalist İradə Zeynalovanın Moldovaya daxil olmasına icazə verilməyib

Jurnalist İradə Zeynalovanın Moldovaya daxil olmasına icazə verilməyib Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyanın NTV telekanalının jurnalisti İradə Zeynalovanın Moldovaya daxil olmasına icazə verilməyib. 
Region
17 Yanvar , 2018 11:57
Jurnalist İradə Zeynalovanın Moldovaya daxil olmasına icazə verilməyib

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyanın NTV telekanalının jurnalisti İradə Zeynalovanın Moldovaya daxil olmasına icazə verilməyib. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Moldovalı sərhəd polisinin mətbuat xidmətindən verilən məlumata görə, İ.Zeynalova ölkəyə səfərinin məqsədini təsdiq edə bilməyib: "İradə Zeynalova İstanbul-Kişinau reysi ilə Moldovaya gəlib. O, rəsmi şəxslərlə görüşlərinin planlaşdırıldığını söyləsə də, bunu sənədləşdirilmiş şəkildə təsdiq edə bilməyib".

Qeyd olunub ki, məsələ heç də hansısa deportasiya və ya giriş qadağasından getmir.

İ.Zeynalova Kişinau-Moskva reysi ilə Rusiyaya göndərilib.

Son xəbərlər

Orphus sistemi