Yuxarı

​İran XİN sözçüsü: "Körfəzdəki üç ada bu ölkənin ayrılmaz hissəsidir"

Mərziyə Əfxəm: Heç nə tarixi və hüquqi faktı dəyişə bilməz

Bakı.11 dekabr. REPORT.AZ/ "Körfəzdəki üç ada - Əbu Musa, Böyük Tonb və Kiçik Tonb İranın ayrılmaz hissəsidir". "Report" İran KİV-ə istinadən xəbər verir ki, bu bəyantla İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm çıxış edib. Onun sözlərinə görə, heç nə tarixi və hüquqi faktı dəyişə bilməz.

Qeyd edək ki, ötən gün Dohada keçirilən Körfəz Ölkələri Əməkdaşlıq Şurasının 35-ci sammitinin yekun sənədində adalara işarə edilərək, həmin ərazinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus olduğu bildirilib.

Xatırladaq ki, bu adalar XIX əsrin əvvəlində Britaniya imperiyasına məxsus olub. Müstəqillik əldə etdikdən sonra həmin ərazi BƏƏ-yə verilib. 1971-ci il noyabrın 30-da isə adalar rəsmi olaraq İrana qaytarılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi