​"Iran Air" və "Airbus" 22 mlrd. avro dəyərində saziş imzalayıb

​"Iran Air" və "Airbus" 22 mlrd. avro dəyərində saziş imzalayıb Müqavilə İrana 73 uzaqmagistrallı və 45 ortamagistrallı avialaynerin tədarükünü nəzərdə tutur
Region
29 Yanvar , 2016 07:52
​Iran Air və Airbus 22 mlrd. avro dəyərində saziş imzalayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Yanvarın 28-də Parisdə İran və Fransa prezidentləri Həsən Ruhani və Fransua Ollandın görüşü zamanı "Iran Air" "Airbus"dan 118 təyyarənin alınmasına dair saziş imzalayıb.

"Report" DW nəşrinə istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 22 milyard dollar həcmindədir.

Müqavilə İrana 73 uzaqmagistrallı və 45 ortamagistrallı avialaynerin tədarükünü nəzərdə tutur. Sazişə, həmçinin pilotların təlimi, hava limanlarında xidmət və naviqasiyada dəstək də daxildir.

Son xəbərlər

Orphus sistemi