"İran Air" aviaşirkətinə qadın rəhbərlik edəcək

"İran Air" aviaşirkətinə qadın rəhbərlik edəcək Fərzanə Şərəfbafinin yeni postda əsas vəzifələrindən biri sərnişin təyyarələrinin köhnəlmiş donanmasını yeniləməkdən ibarət olacaq
Region
12 İyul , 2017 19:41
İran Air aviaşirkətinə qadın rəhbərlik edəcək

Bakı. 12 iyul. REPORT.AZ/ "İran Air" aviaşirkətinə ilk dəfə qadın rəhbərlik edəcək.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Press TV telekanalı bildirib.

Məlumata görə, aviaşirkətin keçmiş rəhbəri Fərhad Pərvəreşini bu postda 44 yaşlı Fərzanə Şərəfbafi əvəzləyib.

F.Şərəfbafi aviasiya-kosmik sahəsində elmlər doktoru səviyyəsinə malikdir. O, bundan əvvəl "İran Air"in Araşdırma Departamentinə rəhbərlik edib.

F.Şərəfbafinin yeni postda əsas vəzifələrindən biri sərnişin təyyarələrinin köhnəlmiş donanmasını yeniləməkdən ibarət olacaq. 

Son xəbərlər

Orphus sistemi