​II İlya: "Kilsələrarası münasibət mürəkkəbdir"

​II İlya: "Kilsələrarası münasibət mürəkkəbdir" O qeyd edib ki, Rusiyaya Abxaziya deyil, dinc Gürcüstan lazımdır
Region
19 May , 2015 17:38
​II İlya: Kilsələrarası münasibət mürəkkəbdir

Bakı. 19 may. REPORT.AZ/ "Gürcüstan və Rusiya kilsələri arasında münasibət mürəkkəbdir". "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Ümumgürcüstan katalikos-patriarxı II İlya Avstriya prezidenti Haynts Fişerlə mayın 19-da Tbilisidə keçirdiyi görüşdə bildirib.

Avstriya prezidenti Gürcüstanın Avropanı seçməsinə həm dövlətlərarası, həm də kilsələrarası əlaqələri nəzərdə tutaraq, Gürcüstan və Rusiya münasibətinə dair patriarxın mövqeyi ilə maraqlanıb.

"Gürcüstan Avropa yolunu seçib. Gürcüstan Avropa demokratiyası strukturunun bir hissəsi olmaq istəyir. Bu çox çətin olsa da, biz mütləq ona nail olacağıq. Kilsələrarası münasibət isə çox mürəkkəbdir", - II İlya deyib.

O qeyd edib ki, Rusiyaya Abxaziya deyil, dinc Gürcüstan lazımdır.

Son xəbərlər

Orphus sistemi