​ICAO Tehran, Bağdad və Dəməşq üzərindən uçuşların riskli olması barədə məlumat yayıb

​ICAO Tehran, Bağdad və Dəməşq üzərindən uçuşların riskli olması barədə məlumat yayıb Assosiasiyanın məlumatına görə, bir sıra aviaşirkətlər alternativ marşrutlardan istifadə etmək qərarına gəlib
Region
20 Oktyabr , 2015 17:31
​ICAO Tehran, Bağdad və Dəməşq üzərindən uçuşların riskli olması barədə məlumat yayıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Suriyada silahlı münaqişə nəticəsində Tehran, Bağdad və Dəməşq hava məkanlarında beynəlxalq mülki aviauçuşlar üçün risklərin olduğu barədə məlumat yayıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Hazırda Suriya Ərəb Respublikası ərazisində baş verən silahlı münaqişə səbəbindən Bağdad, Dəməşq və Tehran üzərindən həyata keçirilən mülki uçuşların təhlükəsizliyi üçün ciddi risklərin olduğu barədə məlumatı diqqətinizə çatdırmaq istəyirik", - təşkilatın baş katibi Fan Lyunun məktubunda deyilir.

Assosiasiyanın məlumatına görə, bir sıra aviaşirkətlər alternativ marşrutlardan istifadə etmək qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi