İzmirdə partlayış olub - VİDEO

İzmirdə partlayış olub - VİDEO Hadisə Buca rayonunda həbsxana avtobusunun getdiyi yolda baş verib
Region
31 Avqust , 2017 10:18
İzmirdə partlayış olub - VİDEO

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində həbsxana avtobusunun getdiyi yolda partlayış olub.

"Report" "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, hadisə Buca rayonunda baş verib.

Partlayıcı qurğu zibil qutusunda olub və avtobus onun yanından keçərkən işə düşüb.

"Haber Turk"un məlumatına görə, partlayış nəticəsində 8 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. 

Hadisə yerində təhlükəsizlik qüvvələri və təcili tibbi yardım heyəti çalışır. Polis hadisə yerini mühasirəyə alıb, əməliyyat-istintaq tədbirləri başladılıb.

Son xəbərlər

Orphus sistemi