Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində Fətullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 55 nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, avqustun 10-da səhər saatlarında Türkiyənin Terrora qarşı Mübarizə qurumunun İzmirdəki şöbəsi 63 ünvanda eyni vaxtda əməliyyat keçirib.
Saxlanılan 55 nəfər arasında ədliyyə sisteminin məmurları da var.