İzmirdə azərbaycanlının şübhəli ölümü

İzmirdə azərbaycanlının şübhəli ölümü Türkiyə vətəndaşlığı olan Mehdiyev son illər Buca rayonunda yaşayırmış
Region
30 Avqust , 2015 06:42
İzmirdə azərbaycanlının şübhəli ölümü

Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində 47 yaşlı Şahin Mehdiyev adlı şəxs şübhəli şəkildə dünyasını dəyişib.

"Report" Haberler.com saytına istinadən xəbər verir ki, Türkiyə vətəndaşlığı olan Mehdiyev son illər İzmirin Buca rayonunda yaşayırmış.

Ötən gün ərinin qollarında bıçaq yaraları görən Mehdiyevin həyat yoldaşı polisə dərhal xəbər versə də gec olub. Polis əməkdaşları mənzildə azərbaycanlının cəsədi ilə qarşılaşıblar.

Ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Son xəbərlər

Orphus sistemi