Yuxarı

İyulun 15-i Türkiyədə şəhidlərin anım günü elan olunub

Rəcəb Tayyib Ərdoğan: Türk milləti tarix yaradan və yazan bir millət olduğunu bir daha sübut etdi

Bakı. 22 iyul. REPORT.AZ/ İyulun 15-i Türkiyədə şəhidlərin anım günü elan olunub.

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Binəli Yıldırım və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarla birlikdə xalqa müarciətində bildirib.

R.T.Ərdoğan deyib ki, Fətullahçı Terror Təşkilatının (FETO) dövlət çevrilişinə uğursuz cəhd etdiyi günlərdə türk milləti tarix yaradan və yazan bir millət olduğunu bir daha sübut etdi: "Demokratiyanın keşiyində durmağımızı sonuna qədər davam etdirərək bu uğuru sona çatdırmalıyıq. Dedi-qodulara, fitnə mərkəzlərinə etibar edilməməlidir, yalnız və yalnız hökumətimizin səlahiyyətli qurumlarının və şəxslərinin verdikləri məlumatlara etibar etməyinizi xüsusi olaraq xahiş edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi