Yuxarı
    Bağlamaq

    İyirmi iki il əvvəl PKK-ya qoşulan keçmiş sovet zabiti məhv edilib

    Mərdəli Süleymanov terrorçu qruplaşmanın aparıcı təlimçilərindən biri olub

    Bakı. 4 may. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Karaçok bölgəsini bombalaması nəticəsində zərərsizləşdirilən terrorçular arasında PKK qruplaşmasının “Çiya Rus” kod adlı terrorçusu Mərdəli Süleymanov da olub.

    “Report” “Haber7”yə istinadən xəbər verir ki, “Çiya Rus” 22 il əvvəl PKK-nın sıralarına qoşulub.

    İnformasiyaya əsasən, o, qruplaşmanın aparıcı təlimçilərindən biri olub. Son zamanlar isə PKK-nın Suriyadakı qolu olan “YPG” terrorçularına Karaçok dağında təlim keçirmiş.

    Məlumata görə, M.Süleymanov Qazaxıstanın Çimkənd bölgəsində doğulub. Sovet ordusunun zabiti olub. 22 il əvvəl qaçaq yolla İraqın Ərbil şəhərinə, oradan isə terrorçu PKK-nın Kandildəki düşərgəsinə gedib.

    Bəzi mənbələr isə onun Suriyanın Cizre bölgəsində avtomobil qəzasında öldüyü barədə məlumat yayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi