Yuxarı
    Bağlamaq

    ​İsveçrə məhkəməsi İrana görə İsraili cəzalandırıb

    İsrailin dövlət şirkəti iranlı vəkillərin 204 min dollarlıq məhkəmə xərclərini də ödəyəcək

    Bakı. 8 avqust. REPORT.AZ/ İsrailin "Trans Asiatic Oil" dövlət şirkəti İran Milli Neft Şirkətinə 250 min İsveçrə frankı (təxminən 255 min dollar) ödəyəcək.

    "Report" İsrail KİV-inə istinadən xəbər verir ki, İsveçrə Ali Məhkəməsi bununla bağlı qərar çıxarıb. 

    Məlumata görə, İsrailin dövlət şirkəti iranlı vəkillərin 200 min İsveçrə frankı məbləğində (204 min dollar) məhkəmə xərclərini də ödəyəcək.

    Xəbərdə bildirilib ki, məhkəmə çəkişməsi 37 ildir davam edirdi. 

    Qeyd edək ki, İsrailin "Trans Asiatic Oil" dövlət şirkəti İranın sonuncu şahı Məhəmmədrzanın hakimiyyəti illərində ölkə neftini tankerləri vasitəsilə Avropaya daşıyırmış. Ancaq 1979-cu il inqilabından sonra rəsmi Tehran İsrail şirkətindən özünə çatacaq payı tələb edib. İsrail hakimiyyəti isə "düşmən dövlət"ə - İrana ödəniş etməyəcəyini bildirib. İran tərəfi İsrail şirkətini məhkəməyə verib. Hətta bir müddət əvvəl "Eylat-Aşkelon neft kəməri" dövlət şirkətinin də İrana 1,2 milyard dollar ödəyəcəyi haqda məlumat yayılmışdı. Çünki həmin tankerlər bu şirkətə məxsus olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi