İstefası tələb edilən Yerevan Unversitetinin rektoru xəstəxanaya yerləşdirilib

İstefası tələb edilən Yerevan Unversitetinin rektoru xəstəxanaya yerləşdirilib Bakı. 30 may. REPORT.AZ/ Yerevan Universitetinin rektoru Aram Simonyan xəstəxanaya yerləşdirilib.
Region
30 May , 2018 10:01
İstefası tələb edilən Yerevan Unversitetinin rektoru xəstəxanaya yerləşdirilib

Bakı. 30 may. REPORT.AZ/ Yerevan Universitetinin rektoru Aram Simonyan xəstəxanaya yerləşdirilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Emin Teryan “Facebook” səhifəsində yazıb.

O, məsələ ilə bağlı başqa məlumat verməyib.

Qeyd edək ki, mayın 29-da Yerevan Dövlət Universitetinin tələbələri tətil elan ediblər. Tələbələr universitetin rektoru Aram Simonyanın istefasını, ali məktəbdə maliyyə auditinin keçirilməsini, Himayədarlar Şurasının buraxılmasını, eləcə də Həmkarlar İttifaqı və Tələbə Şurasının fəaliyyətinin müvəqqəti dayandırılmasına dair tələblər irəli sürüblər. Aksiya iştirakçıları rektorun unversitetdən çıxmasına mane olublar. 

Son xəbərlər

Orphus sistemi