Yuxarı
    Bağlamaq

    Türkiyə XİN başçısı: “İstədiyimiz yerə gedər, vətəndaşlarımızla görüşər, toplantılarımızı keçirərik”

    Mövlud Çavuşoğlu: “Hanı demokratiyanız, hanı azadlıq, hanı ifadə azadlığı?”

    Bakı. 4 mart. REPORT.AZ/ “Üzr istəyirəm, heç biriniz bizə mane ola bilməzsiniz, istədiymiz yerə gedərik”.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu konstitusiya referendumu ilə bağlı mitinqin keçirilməsinə Hollandiya hökumətinin icazə verməməsinə münasibət bildirərkən deyib.

    “Budur Hollandiya rəsmiləri deyib: “Bizim cəmiyyətdə siz kampaniya apara bilməzsiniz”. Bu nə deməkdir? Hanı demokratiyanız, hanı azadlıq, hanı ifadə azadlığı? Bizə dərs verirsiniz. Hanı sərbəst toplaşmaq azadlığı? Bağışlayın, heç biriniz bizə mane ola bilməzsiniz. İstədiyimiz yerə gedər, vətəndaşlarımızla görüşər, toplantılarımızı keçirərik”, - deyə nazir vurğulayıb.

    Aprelin 16-da Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Almaniya, Avstriya və Hollandiya hökuməti Türkiyə rəsmilərinin referendumqabağı təbliğat kampaniyası aparmaq üçün ölkələrinə səfər etmələrinə icazə vermədiklərini bildiriblər.

    Rəsmi Ankara isə bildirir ki, Avropa ölkələri terrorçu PKK tərəfdarlarının Türkiyə əleyhinə müxtəlif aksiyalar keçirməsinə icazə verir, ancaq heç bir dövlətin suverenliyinə, daxili işlərinə müdaxilə edilməyəcək belə aksiyaların keçirilməsinə şəraitin yaradılmaması demokratik prinsiplərin pozulmasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi