Türkiyə XİN başçısı: “İstədiyimiz yerə gedər, vətəndaşlarımızla görüşər, toplantılarımızı keçirərik”

Türkiyə XİN başçısı: “İstədiyimiz yerə gedər, vətəndaşlarımızla görüşər, toplantılarımızı keçirərik” Mövlud Çavuşoğlu: “Hanı demokratiyanız, hanı azadlıq, hanı ifadə azadlığı?”
Region
4 Mart , 2017 14:39
Türkiyə XİN başçısı: “İstədiyimiz yerə gedər, vətəndaşlarımızla görüşər, toplantılarımızı keçirərik”

Bakı. 4 mart. REPORT.AZ/ “Üzr istəyirəm, heç biriniz bizə mane ola bilməzsiniz, istədiymiz yerə gedərik”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu konstitusiya referendumu ilə bağlı mitinqin keçirilməsinə Hollandiya hökumətinin icazə verməməsinə münasibət bildirərkən deyib.

“Budur Hollandiya rəsmiləri deyib: “Bizim cəmiyyətdə siz kampaniya apara bilməzsiniz”. Bu nə deməkdir? Hanı demokratiyanız, hanı azadlıq, hanı ifadə azadlığı? Bizə dərs verirsiniz. Hanı sərbəst toplaşmaq azadlığı? Bağışlayın, heç biriniz bizə mane ola bilməzsiniz. İstədiyimiz yerə gedər, vətəndaşlarımızla görüşər, toplantılarımızı keçirərik”, - deyə nazir vurğulayıb.

Aprelin 16-da Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Almaniya, Avstriya və Hollandiya hökuməti Türkiyə rəsmilərinin referendumqabağı təbliğat kampaniyası aparmaq üçün ölkələrinə səfər etmələrinə icazə vermədiklərini bildiriblər.

Rəsmi Ankara isə bildirir ki, Avropa ölkələri terrorçu PKK tərəfdarlarının Türkiyə əleyhinə müxtəlif aksiyalar keçirməsinə icazə verir, ancaq heç bir dövlətin suverenliyinə, daxili işlərinə müdaxilə edilməyəcək belə aksiyaların keçirilməsinə şəraitin yaradılmaması demokratik prinsiplərin pozulmasıdır.

Son xəbərlər

Orphus sistemi