Yuxarı
    Bağlamaq

    İstanbulun ədliyyə idarələrinin FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 173 işçisi tutulub

    Çağlayan və Qaziosmanpaşa ədliyyələrində 129, Bakırköydə isə 44 şübhəli şəxs saxlanılıb

    Bakı. 15 avqust. REPORT.AZ/ Fetullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdi ilə bağlı aparılan istintaq əməliyyatı çərçivəsində İstanbulun Çağlayan, Bakırköy və Qaziosmanpaşa rayonlarının ədliyyə idarələrinin 173 əməkdaşı tutulub.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat yerli vaxtla səhər saat 09.30-da başlayıb.

    İnformasiyaya görə, Çağlayan və Qaziosmanpaşa ədliyyələrində 129, Bakırköydə isə 44 şübhəli şəxs tutulub.

    Qeyd edək ki, ötən gün 4 nəfər həbs edilmişdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi