Yuxarı
    Bağlamaq

    ​İstanbulun 32 rayonunda dərman saxtakarlarına qarşı əməliyyat keçirilib

    Tutulanların sayı yüz nəfəri keçib

    Bakı. 3 may. REPORT.AZ/ İstanbulun 32 rayonunda 266 ünvanda eyni gündə dərman saxtakarlarına qarşı əməliyyat keçirilib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Məlumata görə, tutulanlar arasında Diclə Universitetinin professoru da daxil olmaqla əczaçılar və həkimlər də var. Tutulanların sayı yüz nəfəri keçib.

    Əməliyyat keçirilən ünvanlarda düzəldilən saxta dərmanlar Suriya və İraqa göndərilirmiş. Həmin dərmanları terrorçu PKK qazanc əldə etmək məqsədi ilə Suriya və İraqda xərçəng də daxil olmaqla çətin müalicə olunan xəstəliklərdən əziyyət çəkənlərə satırmışlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi