İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurub

İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurub Sərnişinlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb
Region
19 İyun , 2017 12:00
İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurub

Bakı. 19 iyun. REPORT.AZ/ İstanbulun Atatürk hava limanından Tbilisiyə uçan təyyarəni ildırım vurduğu üçün geri qayıtmağa məcbur olub. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə iyunun 19-da baş verib.

Məlumata görə, təyyarə “Atlas global” şirkətinə məxsusdur. 

“Havaya qalxandan 15-20 dəqiqə sonra hamımız parlaq işıq gördük və ildırım təyyarəni vurdu. Bundan sonra təyyarənin idarə edilməsində problem yaşandı. Pilot İstanbula geri qaytımağı qərar aldı”, - deyə David Loladze adlı sərnişin jurnalistlərə bildirib.

Sərnişinlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hava limanının mətbuat xidməti isə jurnalistlər bildirib ki, əlverişsiz hava şəraitinə görə İstanbul-Tbilisi reysi geçikir. 

Son xəbərlər

Orphus sistemi