Yuxarı
    Bağlamaq

    İstanbuldan Milana hərəkət edən təyyarədə texniki nasazlıq yaranıb

    Pilot təyyarəni heç bir problem yaşanmadan aeroporta endirməyə nail olub

    Bakı . 12 yanvar. REPORT.AZ/ Türk Hava Yolları (THY) şirkətinin İstanbul-Milan reysi üzrə hərəkət edən sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Atatürk Hava Limanına geri qayıdıb.

    "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, buna təyyarədə texniki nasazlığın yaranması səbəb olub.

    Ancaq buna baxmayaraq, pilot təyyarəni heç bir problem yaşanmadan aeroporta endirməyə nail olub.

    Sərnişinlər isə başqa təyyarə ilə Milana yola salınıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi