İstanbuldakı terror aktını təşkil edən şəxsin ailəsi saxlanılıb

İstanbuldakı terror aktını təşkil edən şəxsin ailəsi saxlanılıb Terrorçunun kimliyi də müəyyənləşib və hazırda onun tutulması istiqamətində tədbirlər davam edir
Region
3 Yanvar , 2017 09:40
İstanbuldakı terror aktını təşkil edən şəxsin ailəsi saxlanılıb

Bakı. 3 yanvar. REPORT.AZ/ İstanbulda gecə klubuna silahlı hücum təşkil edən şəxsin ailəsi polislər tərəfindən saxlanılıb.

“Report”un “Habertürk”ə istinadən verdiyi xəbərə görə, uyğur türkü olduğu iddia edilən terrorçunun ötən il noyabrın 26-da ailəsi ilə birlikdə Türkiyənin Konya şəhərinə gəldiyi məlum olub. Hətta o, diqqət çəkməmək üçün həyat yoldaşı və iki uşağını da özü ilə birgə gətirib.

Xatırladaq ki, terrorçunun kimliyi də müəyyənləşib və hazırda onun tutulması istiqamətində tədbirlər davam edir.

Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edilib. Hadisə zamanı 16-sı əcnəbi olmaqla, ümumilikdə 39 nəfər həlak olub. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.

Son xəbərlər

Orphus sistemi