İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilib - YENİLƏNİB

İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilib - YENİLƏNİB Aksiyada son günlər Qəzza zolağında Fələstin xalqına qarşı həyata keçirilən zorakılıq halları pislənilib
Region
18 May , 2018 20:42
İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilib - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ İstanbulun Yenikapı meydanında Qüdsə dəstək mitinqi keçirilib.

"Report" xəbər verir ki, aksiyada son günlər Qəzza zolağında Fələstin xalqına qarşı həyata keçirilən zorakılıq halları pislənilib.

*** 17:56

Türkiyənin İstanbul şəhərində, Yenikapı meydanında Qəzza zolağında baş vermiş hadisəyə etiraz olaraq “Zülmə lənət, Qüdsə dəstək!” şüarı altında mitinq keçirilir.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstinin baş naziri Rami əl-Hamdallah, Türkiyənin baş naziri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman, xarici işlər naziri Mevlüt Çavuşoğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli, Böyük Birlik Partiyasının sədri Mustafa Dəstici və başqaları iştirak edirlər.

Aksiya iştirakçıları əllərində Türkiyə və Fələstin bayraqları tutublar.

Qeyd edək ki, mayın 14-də Qəzza zolağında ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası keçirilib. İsrail hərbçilərinin aksiya iştirakçılarına açdığı atəş nəticəsində 62 nəfər ölüb, 3 mindən çox etirazçı yaralanıb.

Son xəbərlər

Orphus sistemi