İstanbulda zavodda partlayış baş verib, yaralananlar var

İstanbulda zavodda partlayış baş verib, yaralananlar var Yanğının söndürülməsi üçün 25 yanğınsöndürən maşın, 5 təcili tibbi yardım və 85 personal cəlb olunub
Region
25 Yanvar , 2017 18:57
İstanbulda zavodda partlayış baş verib, yaralananlar var

Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Hadımköy Atatürk Sənaye Parkında plastik məhsulların istehsalı ilə məşğul olan zavodda partlayış baş verib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 18:00-da zavodun anbarında meydana gəlib. 

Məlumata görə, 3 min kvadratmetr sahəyə malik zavodda partlayışdan sonra yanğın olub. Nəticədə 4 işçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yanğının söndürülməsi üçün 25 yanğınsöndürən maşın, 5 təcili tibbi yardım və 85 personal cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi