İstanbulda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb - YENİLƏNİB

İstanbulda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb - YENİLƏNİB Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Region
10 Fevral , 2019 14:54
İstanbulda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda keçirilən mətbuat konfransında bildirib.

O, qeyd edib ki, hadisə zamanı həmçinin daha 14 nəfər yaralanıb. Onlardan 7-i reanimasiyadadır.

Nazirin sözlərinə görə, hadisə zamanı binada 35 sakin olub. 

Daha əvvəl bildirilib ki, İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.


***00:47

Bakı. 10 fevral. REPORT.AZ/ İstanbul şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günüTürkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda keçirilən mətbuat konfransında deyib.

"İstanbulun Qartal rayonunda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb", - deyə o, NTV telekanalının efirində bildirib.

Son xəbərlər

Orphus sistemi