​İstanbulda xüsusi təyinatlılar genişmiqyaslı antiterror əməliyyatı keçirib

​İstanbulda xüsusi təyinatlılar genişmiqyaslı antiterror əməliyyatı keçirib Əməliyyat nəticəsində çoxlu sayda şübhəli tutulub
Region
2 Aprel , 2015 10:47
​İstanbulda xüsusi təyinatlılar genişmiqyaslı antiterror əməliyyatı keçirib

Bakı. 2 aprel. REPORT.AZ/ İstanbulun Okmeydanında terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (DHKP-C) üzvlərinə qarşı əməliyyat keçirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbul Terrora qarşı Mübarizə İdarəsi və Milli İstihbarat Təşkilatının İstanbul şöbəsinin xüsusi təyinatlıları bu terrorçu təşkilatla əlaqədə şübhəli bilinənlərin evlərində axtarış aparıblar.

Məlumata görə, əməliyyat nəticəsində çoxlu sayda şübhəli tutulub. Onlar haqda əlavə məlumat verilməyib.

Xatırladaq ki, martın 31-də İstanbulda vəzifəsini icra edərkən prokuror qətlə yetirilib, aprelin 1-də axşam saatlarında isə terrorçular İstanbulda Təhlükəsizlik Təşkilatının yerli şöbəsinə silahlı basqın edib.

Hər iki hadisədə qeyri-qanuni fəaliyyət göstərən İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin adı hallanır. 

Son xəbərlər

Orphus sistemi