İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB

İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB Yanğının səbəbi hələlik məlum deyil
Region
5 Aprel , 2018 19:47
İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı. 5 aprel. REPORT.AZ/ İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb. 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bu barədə Gaziosmanpaşa rayon bələdiyyəsinin sədri Hasan Tahsin Usta məlumat verib. 

Onun sözlərinə görə, yanğın tamamilə lokallaşdırılıb, xəstəxananın Reanimasiya şöbəsində müalicə olunan xəstələr də təxliyyə edilib. 


*** 18:45

Türkiyənin İstanbul şəhərində xəstəxanada güclü yanğın başlayıb. 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Gaziosmanpaşa rayonundakı Taksim İlk Yardım Xəstəxanasında qeydə alınıb. 

Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub.

Yanğın nəticəsində ölən və yaralananların olmadığı, xəstəxananın Reanimasiya şöbəsindən başqa bütün tibbi personal və xəstələrin təxliyyə edildiyi bildirilir. 

Yanğının səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi