Yuxarı

İstanbulda üçüncü “Asma körpü”nün açılış mərasimi keçirilib - FOTO - YENİLƏNİB

Azərbaycanı tədbirdə Oqtay Əsədov və Əli Həsənov təmsil edib

Azərbaycanı tədbirdə Oqtay Əsədov və Əli Həsənov təmsil edib

İstanbul. 26 avqust. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən “Asma körpü”nün açılışı mərasimi keçirilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, dünyanın ən uzun rels sisteminə malik körpüsünün açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım, 11-ci prezident Abdulla Gül, keçmiş baş nazir Əhməd Davudoğlu, həmçinin bəzi xarici ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri qatılıblar.

Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təmsil edib.

Mərasimdə Türkiyənin baş naziri Binəli Yıldırım, TBMM sədri İsmayıl Qəhrəman, 11-ci prezident Abdulla Gül çıxış ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində çıxış edib. O bildirib ki, avqustun 31-dək körpüdən istifadə pulsuz olacaq.

Çıxışlardan sonra körpünün rəsmi təntənəli açılışı olub. 

Mərasimə dəvət edilən yerli və xarici qonaqlar səhnəyə dəvət olunaraq birlikdə rəmzi açılışı bildirən lent kəsilib. 

Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb. IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü adını qazanacaq. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Köprüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək. Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarları icra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilib.

Ekspertlər “Asma körpü”nün İstanbul tıxacını azaldacağı düşünürlər.

Qeyd edək ki, indiyədək İstanbulda iki “Asma körpü” fəaliyyət göstərirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi