İstanbulda Türkiyənin ən böyük məscidi açılıb

İstanbulda Türkiyənin ən böyük məscidi açılıb İstanbul şəhərinin Çamlıca bölgəsində Türkiyə tarixində ən böyük məscidin açılışı olub.
Region
3 May , 2019 18:47
İstanbulda Türkiyənin ən böyük məscidi açılıb

İstanbul şəhərinin Çamlıca bölgəsində Türkiyə tarixində ən böyük məscidin açılışı olub.

“Report” AA-ya istinadən xəbər verir ki, mərasimdə Albaniya, Qvineya, Seneqal prezidentləri, Fələstin və Əfqanıstanın hökumət başçıları, Azərbaycan, Bosniya və Herseqovina və Liviyanın parlament sədrləri iştirak ediblər.

Təməli 6 il əvvəl qoyulan, eyni vaxt 63 min dindarın namaz qılması üçün nəzərdə tutulan kompleksin açılışında çıxış edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan 57.500 kvadratmetrlik sahəyə malik olan kompleksdə ibadət yeri ilə yanaşı, muzey və sənət qalereyasının da olduğunu, əsas qüllənin 72 metr hündürlükdə olmasının isə İstanbulda yaşayan 72 millətə işarə olduğunu bildirib.

Qeyd edək ki, İstanbulun Asiya hissəsində 268 metr yüksəklikdəki təpəlik ərazidə inşa olunan Çamlıca məscidi kompleksində 11 min kvadratmetrlik muzey, 3500 kvadratmetrlik sənət qalereyası, 3000 kvadratmetrlik kitabxana, 1000 yerlik konfrans salonu, 8 sənət emalatxanası, 3500 yerlik qapalı park var. 21 metr hündürlüyü olan minbər liftlə təchiz olunub. Məsciddə antibakterial parçadan toxunan 17 min kvadratmetr xalça sərilib.

Bununla yanaşı, kompleksdəki 6 minarədən 2-si 90 metr hündürlükdə, 4-ü isə Malazgirt döyüşünün şərəfinə 107,1 metr hündürlükdə inşa olunub.

Son xəbərlər

Orphus sistemi