​İstanbulda Türkiyə və Rusiya XİN təmsilçilərinin görüşü olub

​İstanbulda Türkiyə və Rusiya XİN təmsilçilərinin görüşü olub Görüşdə Suriya ətrafındakı hərbi-siyasi vəziyyət müzakirə edilib
Region
19 Oktyabr , 2015 14:56
​İstanbulda Türkiyə və Rusiya XİN təmsilçilərinin görüşü olub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Ankara və Moskva Yaxın Şərq üzrə danışıqları fəal şəkildə dəstəkləmək istədiklərini təsdiqləyiblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Türkiyə xarici işlər nazirinin müşaviri Ümit Yalçın İstanbulda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla məsləhətləşmə keçirib.

Görüşdə Suriya ətrafındakı hərbi-siyasi vəziyyət müzakirə edilib.

Tərəflər məsələ ilə bağlı açıq fikir mübadiləsi aparıb.

Son xəbərlər

Orphus sistemi