İstanbulda "Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi" mövzusunda simpozium keçirilib

İstanbulda "Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi" mövzusunda simpozium keçirilib Kutay Karaca: "Dünya ermənilərin saxta iddialarını müdafiə etdiyi halda, Xocalı soyqırmına münasibət bildirməməklə ikiüzlülük edir"
Region
28 Aprel , 2015 14:53
İstanbulda Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi mövzusunda simpozium keçirilib

Bakı. 28 aprel. REPORT.AZ/ "Avropa Xocalı soyqırımı və ermənilərin məsələsinə ikiüzlü yanaşır". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İstanbul İnkişaf Unversitetinin dosenti, doktor Kutay Karaca deyib.

Məlumata görə, universitetdə "Türkiyə -Azərbaycan əlaqələrinin gələcəyi" mövzusunda simpozium keçirilib.

Kutay Karaca bildirib ki, dünya ermənilərin saxta iddialarını müdafiə etdiyi halda, Xocalı soyqırmına münasibət bildirməməklə ikiüzlülük edir: "Türkiyə və Azərbaycan "iki dövlət bir millət"dir. Ancaq bu gün iki dövlət arasında əlaqələr istənilən səviyyədədirmi? Bu sualın cavabı müsbət deyil. Halbuki iki ölkənin əlaqələri daha güclü və əhatəli olmalıdır".

O əlavə edib ki, Türkiyədən Azərbaycana gedərkən özünü Ankaradakı kimi hiss edirsən, amma Ermənistanla sərhədlərin açılması ilə bağlı protokol Türkiyə-Azərbaycan əlaqələrinə böyük zərbə vurub: "İndi həmin yaranı yavaş-yavaş sağaldırıq".

Tədbirdə hakim Ədalət və İnkişaf Partiyasından deputat Gülay Dalyan, Cümhuriyyət Xalq Partiyasından deputat Kadır Gökmən Ögüt, Milliyətçi Hərəkat Partiyasından deputat Sinan Oğan, Türk Diasporu Şurasının sədri Ərcümənt Kılıc da iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi