İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 44-ə çatıb

İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 44-ə çatıb Ölənlərdən 36-sı polis əməkdaşı, 8-i mülki vətəndaşdır
Region
12 Dekabr , 2016 12:55
İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 44-ə çatıb

Bakı. 12 dekabr. REPORT.AZ/ İstanbulda törədilən terror aktı nəticəsində şəhid olanların sayı 44-ə çatıb.

“Report“ "Milliyet"ə istinadən xəbər verir ki, ölənlərdən 36-sı polis əməkdaşı, 8-i mülki vətəndaşdır.

Terror nəticəsində 155 nəfər yaralanıb. 

Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda terror aktı törədilib. Terrorun məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb. Terrorla bağlı 13 şübhəli saxlanılıb.

Son xəbərlər

Orphus sistemi