İstanbulda terrorun qarşısı alınıb

İstanbulda terrorun qarşısı alınıb İki nəfərdə əldədüzəltmə bomba aşkarlanıb
Region
10 Yanvar , 2015 03:17
İstanbulda terrorun qarşısı alınıb

Bakı. 10 yanvar. REPORT.AZ/ İstanbulun Qaziosmanpaşa məhəlləsində PKK üzvü olmaqda şübhəli bilinən iki nəfərdə əldədüzəltmə bomba aşkarlanıb.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, polisin məlumatına görə, əl bombası tutulan şəxslərin çantasında olub. Terrorçular xüsusi əməliyyat nəticəsində yaxalanıb.

Bombanın zərərsizləşdirildiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb

Son xəbərlər

Orphus sistemi