​İstanbulda terror törədənlərin kimliyi açıqlanıb

​İstanbulda terror törədənlərin kimliyi açıqlanıb Onlardan biri Rusiya vətəndaşıdır
Region
30 İyun , 2016 15:25
​İstanbulda terror törədənlərin kimliyi açıqlanıb

Bakı. 30 iyun. REPORT.AZ/ İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında terror törədənlərin kimliyi məlum olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, onlardan biri Özbəkistan, biri Qırğız Respublikası, biri isə Dağıstan əsilli Rusiya vətəndaşıdır.

Qeyd edək ki, iyunun 28-də İstanbulda Atatürk hava limanında törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 43 nəfərə çatıb. Hadisədə daha 250-yə yaxın insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi