Yuxarı
    Bağlamaq

    İstanbulda terror ilə bağlı tutulanların sayı 6-ya çatıb

    Terrorçu PKK qruplaşmasının silahlısı saxta şəxsiyyət vəsiqəsi ilə qaçmaq istəyərkən Aksaray əyalətində saxlanılıb

    Bakı. 7 oktyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunun Yenibosna 75 il Polis Mərkəzi yaxınlığında ötən gün terror aktı törətməkdə şübhəli bilinən terrorçu PKK qruplaşmasının silahlısı da daxil olmaqla 6 nəfər saxlanılıb.

    "Report" "Haber7"yə istinadən xəbrər verir ki, PKK-çı saxta şəxsiyyət vəsiqəsi ilə qaçmaq istəyərkən Aksaray əyalətində tutulub.

    Məlumata görə, onların 3-ü İstanbulda, hadisəni törətmiş terrorçu PKK silahlısı və daha iki nəfər isə Aksarayda saxlanılıblar.

    Qeyd edək ki, oktyabrın 6-da İstanbul Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsi Yenibosna 75 il Polis Mərkəzi yaxınlığında törədilən terror aktı nəticəsində birinin vəziyyəti ağır olmaqla 10 nəfər yaralanıb. Polis məntəqəsinə hücum partlayıcı yüklənmiş iki motosiklet vasitəsilə törədilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi