Yuxarı
    Bağlamaq

    İstanbulda terror hadisəsində şübhəli bilinən iki əcnəbi saxlanılıb

    Şübhəli şəxslərin milliyyəti və adları hələlik məlum deyil

    Bakı. 3 yanvar. REPORT.AZ/ İstanbul Atatürk Beynəlxalq Hava Limanında "Reina" gecə klubuna hücumda şübhəli bilinən iki xarici vətəndaş saxlanılıb.

    "Report" Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, şübhəli şəxslərin milliyyəti və adları hələlik məlum deyil.

    Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edilib. Hadisə zamanı 16-sı əcnəbi olmaqla, ümumilikdə 39 nəfər həlak olub. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi