Yuxarı

İstanbulda terror aktını törədən şəxs zərərsizləşdirilib

Silahlı hücum bir nəfər tərəfindən təşkil olunub

Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gecə İstanbulun "Reina" klubunda insanlara atəş açan terrorçu öldürülüb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən "The Guardian" nəşri yazıb.

Onların məlumatına görə, silahlı hücum bir nəfər tərəfindən təşkil olunub. Eyni zamanda nəşr qeyd edir ki, hücum edənlər bir neçə nəfər ola bilərlər.

Bosfor boğazı sahillərində yerləşən "Reina" gecə klubuna silahlı hücum Yeni il gecəsi baş verib. İstanbul qubernatoru Vasip Şahinin sözlərinə görə, Santa-klaus geyimində olan cani klubun girişində bir polisi və yoldan keçən şəxsi öldürüb, daha sonra içəri daxil olaraq insanlara atəş açmağa başlayıb. Terror aktı zamanı klubda ümumilikdə 800 nəfərə yaxın şəxsin olduğu ehtimalı var. Son məlumatlara görə, hadisə nəticəsində 35 nəfər ölüb və 40 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi