İstanbulda terror aktını törədən kamikadzenin adı məlum olub - FOTO

İstanbulda terror aktını törədən kamikadzenin adı məlum olub - FOTO İstiqlal küçəsində özünü partladan terrorçunun 24 yaşlı Mehmet Öztürk olduğu məlum olub
Region
20 Mart , 2016 14:31
İstanbulda terror aktını törədən kamikadzenin adı məlum olub - FOTO

Bakı. 20 mart. REPORT.AZ/ Ötən gün İstanbul şəhərinin Beyoğlu rayonunda terror aktını törədən terrorçu-kamikadzenin  adı məlum olub.

"Report"-un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, İstiqlal küçəsində özünü partladan terrorçunun 24 yaşlı Mehmet Öztürk olduğu məlum olub.

Terrorçunun ailə üzvlərindən alınan qan testləri ilə cəsəddən götürülən qan nümunələrini müqayisə edən həkimlər, M.Öztürkün adını açıqlayıb.

Xəbər verdiyimiz kimi, martın 19-da İstanbulun Taksim meydanında qanlı terror aktı törədilib. 

İstanbul valisi Vasip Şahin bildirib ki, partlayış nəticəsində 5 nəfər həlak olub. Onlardan biri terrorçu-kamikadzedir. Ölənlərdən 3-ü İsrail, biri İran vətəndaşıdır.

Xəstəxanalara yerləşdirilmiş 39 yaralıdan doqquzu buraxılıb. Qalan 30 yaralıdan yeddisinin vəziyyəti ağırdır. Yaralıların 24-ü əcnəbidir. 

Son xəbərlər

Orphus sistemi