Yuxarı
    Bağlamaq

    İstanbulda terror aktı törətmək istəyən 5 nəfər tutulub

    Onlar terrorçu İŞİD qruplaşmasının üzvləridir

    Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdırmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, onlar Samsunda tutulublar. 

    Samsun valiliyinin məlumatına görə, İlkadım rayonunda terrorçu İŞİD qruplaşmasının üzvlərinin qaldığı bir evdə axtarış aparılıb.

    Məlumata görə, Samsun prokurorluğu üç müxtəlif ünvanda 7 nəfər şübhəlinin tutulması haqda əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar çıxarıb.

    Onlardan 5-i tutulsa da, 2 nəfərin axtarışı davam edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi