İstanbulda silahlılar polis şöbəsinin binasını atəşə tutub

İstanbulda silahlılar polis şöbəsinin binasını atəşə tutub Polisin cavab atəşindən sonra basqınçılar hadisə yerindən qaçıb
Region
21 Avqust , 2015 10:09
İstanbulda silahlılar polis şöbəsinin binasını atəşə tutub

Bakı. 21 avqust. REPORT.AZ/ İstanbulun Esenyurt rayonunda Kıraç polis şöbəsininin binasına silahlı basqın edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, 2 şəxs binaya uzun çaplı silahdan atəş açıb. Polisin cavab atəşindən sonra basqınçılar hadisə yerindən qaçıb.

Xüsusi təyinatlı polsi dəstəsi onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçir.

Hadisə nəticəsində ölən və yaralananın olmadığı bildirlib.

Son xəbərlər

Orphus sistemi