Yuxarı
    Bağlamaq

    İstanbulda atışma olub, 1 polis ölüb, 1 polis yaralanıb - YENİLƏNİB - VİDEO

    Əməliyyat nəticəsində polisləri yaralayan şəxs silahı ilə birlikdə ölü ələ keçirilib

    Bakı. 15 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində baş vermiş atışmada polisləri yaralayan şəxs silahı ilə birlikdə ölü ələ keçirilib. 

    “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla da əməliyyat başa çatıb.  

    Məlumata görə, Arnavudköy Rayon Polis Şöbəsinin rəisi ayağından yaralanıb. Yaralılar Qanuni Sultan Süleyman Təhsil ve Araşdırma Xəstəxanasına çatdırılıblar. Ancaq həkimlərin səylərinə baxmayaraq, polislərdən birinin həyatını xilas etmək mümkün olmayıb. 

    *** 14:35

    Türkiyənin İstanbul şəhərində polis əməkdaşları ilə şübhəli şəxslər arasında silahlı atışma olub.

    “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Arnavudköy rayonunda baş verib.

    Məlumata görə, Hadımköy qəsəbəsinin Sardunya küçəsində şübhəli şəxsi həbs etmək istəyən polis əməkdaşlarına pompalı tüfənglə atəş açılıb.

    Nəticədə 2 polis yaralanıb. Onlardan birinin Arnavudköy Rayon Polis Şöbəsinin rəisi olduğu bildirilir. 

    Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım maşını göndərilib. Eyni zamanda xüsusi təyinatlı polis dəstələri və polis helikopteri də əraziyə cəlb edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi