İstanbulda restorana silahlı hücum olub, ölən və yaralananlar var

İstanbulda restorana silahlı hücum olub, ölən və yaralananlar var Qarşıdurma məişət zəminində baş verib
Region
30 Yanvar , 2017 17:59
İstanbulda restorana silahlı hücum olub, ölən və yaralananlar var

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda tanınmış restoranlardan birinə silahlı hücum olub. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, naməlum şəxs 12 il əvvəl atasını öldürən qatillə həmin restoranda qarşılaşdıqda atəş açıb, onu döyüb. Nəticədə restorandakı bəzi vətəndaşlar da güllə yarası alıb.

Yaralılardan ikisi özəl bir xəstəxanaya çatdırılıb, hücuma məruz qalan şəxs isə Ümraniyə Dövlət Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi