​İstanbulda polis şöbəsinə basqın edən iki terrorçu zərərsizləşdirilib, bir polis həlak olub - YENİLƏNİB

​İstanbulda polis şöbəsinə basqın edən iki terrorçu zərərsizləşdirilib, bir polis həlak olub - YENİLƏNİB Hadisə yerində gərginlik davam edir
Region
10 Avqust , 2015 11:50
​İstanbulda polis şöbəsinə basqın edən iki terrorçu zərərsizləşdirilib, bir polis həlak olub - YENİLƏNİB

Bakı. 10 avqust . REPORT.AZ/ İstanbulun Sultanbəyli rayonunda Fateh polis şöbəsinə basqın edən iki terrorçu zərərsizləşdirilib. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərdə bildirilib ki, terrorçularla polis arasında atışma olub və  iki terrorçu ölüb. Atışma nəticəsində terrorçulardan biri zərərsizləşdirilib. Başqa terrorçu əlindəki bombanın partlaması nəticəsində ölüb.

Atışma zamanı bir polis əməkdaşı həlak olub. Partlayıcı dolu avtomobilin partlaması nəticəsində ərazidə olan vətəndaşlara məxsus 15 maşına zərər dəyib. Yaxınlıqda yerləşən ticarət mərkəzinin şüşələri sınıb, bina yararsız hala düşüb. 

Məlumata görə, hadisə yerində gərginlik davam edir.

*** 09:33

Bu gün gecə saatlarında İstanbulun Sultanbəyli rayonunda Fateh polis şöbəsinə partlayıcı atılması nəticəsində üç polis və yeddi mülki vətəndaş yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb.

Xəbərə görə, rayonun Petrol yolu küçəsində 3 mərtəbəli polis şöbəsinə partlayıcı ilə basqın edilib. Partlayış nəticəsində bina çöküb. Hadisə yaxınlığındakı bəzi yaşayış evləri, iş yerləri və avtomobillər xəsarət alıb.

Hadsiə ilə bağlı bəzi detallar aydınlaşıb. Məlumata əsasən, bu terror hadisəsi partlayıcı yüklənmiş avtomobillə törədilib.

Terroru PKK-nın törətdiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi