Yuxarı

İstanbulda polis məntəqəsinə hücum edən terrorçular zərərsizləşdirilib - VİDEO - YENİLƏNİB

Onlar polisin təslim ol çağırışına tabe olmayıb

Bakı. 3 mart. REPORT.AZ/ İstanbulun Bayrampaşa rayonunda çevik polis qüvvəsi məntəqəsinə qumabara atıb, atəş açan iki terrorçu qadın zərərsizləşdirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Bayrampaşa Çevik Polis Qüvvəsinin şöbə müdirliyi məlumat yayıb.

Terrorçular polisin "Təslim ol!" çağırışını qəbul etməyib.

Məlumata görə, terrorçu qadınların zərərsizləşdirilməsi əməliyyatı nəticəsində bir polis məmuru yaralanıb.

*** 12:27

Bakı. 3 mart. REPORT.AZ/ İstanbulun Bayrampaşa rayonunda çevik polis məntəqəsinə silahlı və partlayıcı ilə hücum olub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Hücumda iştirak edən qadın terrorçulardan biri yaralanıb. Daha iki qadın terrorçu isə mühasirəyə alınıb. Polis ərazidə əməliyyat keçirir. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi