Yuxarı

İstanbulda polis Almaniya baş konsulluğunu nəzarətə götürüb

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları konsulluğa gedən küçəni bağlayıb, eləcə də ora su şırnaqları yerləşdirib

Bakı. 3 iyun. REPORT.AZ/ İstanbulda polis Almaniya baş konsulluğunu nəzarət mühasirəsinə salıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları konsulluğa gedən küçəni bağlayıb, eləcə də ora su şırnaqları yerləşdirib.

Qeyd edək ki, bu tədbirlər konsulluq binası qarşısında keçirilən etiraz aksiyası ilə bağlıdır. Nümayişçilər Almaniya Bundestaqının "erməni soyqırımı"nı tanımasına qarşı çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi