İstanbulda partlayış törətmək istəyən 4 nəfər tutulub

İstanbulda partlayış törətmək istəyən 4 nəfər tutulub Saxlanılan şübhəlilərin əvvəllər müxtəlif silahlı hücumlarda iştirak etdikləri müəyyənləşib
Region
4 Aprel , 2017 10:18
İstanbulda partlayış törətmək istəyən 4 nəfər tutulub
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ İstanbulun Küçükçekmece rayonunda hüquq-mühafizə orqanlarının keçirdiyi anti-terror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 4 üzvü tutulub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, onlar İstanbulun müxtəlif yerlərində silahlı hücumlar təşkil etməyi, “Molotov kokteylləri” ilə partlayışlar törətməyi planlaşdırırmış.

Məlumata görə, saxlanılan şübhəlilərin əvvəllər müxtəlif silahlı hücumlarda iştirak etdikləri müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi