Yuxarı

​İstanbulda güclü partlayış olub, azı 9 alman turisti ölüb - VİDEO - YENİLƏNİB-2

Ümumilikdə 10 nəfər ölüb, 15 nəfər yaralanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ İstanbulun Sultanahmet rayonunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İstanbul valiliyi bildirib.

Məlumata görə, hadisəni törədənlərin hədəfində turistlər olub.

*** 13:26

Bakı. 12 yanvar. REPORT.AZ/ "Report" xəbər verir ki, Türkiyə KİV-lərinin yaydığı ilkin məlumata görə, partlayış nəticəsində ölənlərdən 9 nəfəri alman turistidir. 

*** 12:43

Bakı. 12 yanvar. REPORT.AZ/ İstanbulun Sultanahmet rayonunda güclü partlayış baş verib. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində çoxlu sayda ölən və yaralanan var. 

Hadisənin neçə baş verdiyi hələlik məlum deyil.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi