Bakı. 12 yanvar. REPORT.AZ/ İstanbulun Maltəpə rayonunun Gülüsuyu hissəsində yerləşən mehmanxanada baş verən yanğın söndürülüb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Təxliyyə olunanlardan bəziləri zəhərləndiyindən, xəstəxanaya aparılıb.
*** 12:32
Bakı. 12 yanvar. REPORT.AZ/ İstanbulun Maltəpə rayonunun Gülüsuyu hissəsində mehmanxanada yanğın baş verib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə yerinə yanğınsöndürən maşınlar və xilasedicilər cəlb edilib.
Mehmanxandakı insanlar təxliyyə edilir. Binanın yuxarı mərtəbələrində bir neçə nəfərin qaldığı da bildirilir.