İstanbulda naməlum şəxs məktəbə hücum edib, ölən və yaralananlar var - YENİLƏNİB

İstanbulda naməlum şəxs məktəbə hücum edib, ölən və yaralananlar var - YENİLƏNİB Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir
Region
13 Oktyabr , 2017 18:16
İstanbulda naməlum şəxs məktəbə hücum edib, ölən və yaralananlar var - YENİLƏNİB

Bakı. 13 oktyabr. REPORT.AZ/ İstanbulda naməlum şəxsin məktəbdən çıxan şagirdlərə ov tüfəngi ilə atəş açması nəticəsində yaralanan şagirdlərdən biri ölüb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hücumu həyata keçirən şəxs daha sonra biləklərini kəsərək intihara cəhd göstərib.

Şübhəli polislər tərəfindən saxlanılıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. 


*** 17:46

İstanbulun Pendik rayonunda naməlum şəxsin məktəbə daxil olaraq açdığı atəş nəticəsində 3 şagird yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, şagirdlərə atəş açdıqdan sonra intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi