​İstanbulda metrobus dayanacağında partlayış baş verib

​İstanbulda metrobus dayanacağında partlayış baş verib Partlayış nəticəsində bir qadın yüngül yaralanıb
Region
6 Yanvar , 2016 15:22
​İstanbulda metrobus dayanacağında partlayış baş verib

Bakı. 6 yanvar. REPORT.AZ/ İstanbulun Beylikdüzü rayonundakı metrobus dayanacağında partlayış baş verib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayış nəticəsində bir qadın yüngül yaralanıb.

İlkin ehtimala əsasən, dayanacağın giriş hissəsində turniketin kabelində baş verən qısaqapanma partlayışa səbəb olub. Hadisə baş verən zaman 24 yaşlı Büşra Akgün adlı qadın turniketdən keçirmiş. Onu yaxınlıqdakı dövlət xəstəxanasına yerləşdiriblər.

Partlayış nəticəsində yaranan yanğın söndürüldükdən sonra metrobus əvvəlki qrafiklə işini davam etdirib. 

Son xəbərlər

Orphus sistemi